Messi sentyabrdan zədəlidir – Madridə gedir
PSJ-nin futbolçusu Lionel Messi zədə səbəbindən bir neçə oyun buraxacaq.
Qol.az “İnfobae”yə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu sentyabrda Argentina millisinin heyətində Venesuela ilə matçda (3:1) zədələnib.Ağrıların o vaxtdan oyunçunu narahat etdiyi və bərpanın bir az vaxt aparacağı bildirilib. Messi Madriddəki klinikalardan birində reabilitasiya kursu keçməyi planlaşdırır.
Qeyd olunub ki, Lionel DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 17-də Braziliya ilə keçiriləcək oyuna kimi tam sağalmaq istəyir.
Qeyd edək ki, Messinin zədəyə görə Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Leyptsiq”lə görüşü buraxacağı dəqiqləşib.