18 Oktyabr 2024

Bərdənin iki məktəbində dərslər dayandırıldı

Bu gündən Bərdənin iki məktəbində dərslər dayandırılıb.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qərarına əsasən Bərdə şəhər Şəhid Alı adına 5 saylı tam orta məktəb və Qarağacı kənd tam orta məktəbin şəxsi heyəti arasında yoluxma sayının artması ciddi narahatçılıq yaratdığından tədris 14 günlüyünə məhdudlaşdırılıb.

Media1.az-a Bərdə rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Teymur Kərimovun bildirdiyinə görə , məktəblərdə koronovirus xəstəliyinin yayılması səbəbindən adı çəkilən iki təhsil müəssisəsində tədris tamamilə dayandırılıb. Bərdə şəhər Zərifə Əliyeva adına texniki təmayüllü lisey və Kətəlparaq kənd məktəblərində hər birinin 5 sinfi müvəqqəti olaraq bağlanıb.

Bərdə Rayon Təhsil Şöbəsinin rəsmisi Teymur Kərimov, indiki həssas dönəmdə istər məktəblərin rəhbər və müəllim heyətini,istərsə də valideyinləri məsuliyyətli olmağa , pandemiya tələblərinə ciddi əməl etməyə çağırıb.

Media1.az