18 Oktyabr 2024

Bərdədə məktəb binası uçdu – FOTO

Bərdə rayonunun Mehdili kəndində məktəb binası uçub. Mehdili kənd tam orta məktəbin binası baş vermiş qəza nəticəsində yararsız hala düşüb.

Media1.az-ın xəbərinə görə, xoşbəxtlikdən hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb. Yaranmış vəziyyətlə bağlı aidiyyatı dövlət orqanlarına məlumat verilib.

Onu da qeyd edək ki, Mehdili kənd tam orta məktəbin binası 1990-cı ildə istifadəyə verilib.