14 Mart 2025

Bu gün şəhid Cəlalzadə Cəlal Qaryağdı oğlunun ildönümüdür.

Calal Calalzadə 1993-cü il oktyabr 17-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Calal Calalzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Calal Calalzadə oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub.  “Vətən uğrunda” medalı ilə təltif edilib. Məzarı doğulub boya-başa çatdığı Mustafaağalı  kənd qəbristanlığında yerləşir.

Allah rəhmət eləsin!

Media1.az