22 Noyabr 2024

44 günlük müharibə azərbaycanlılarda milli ruhunun dirçəlişi demək oldu.- Bərdə rayon Kətəlparaq kənd məktəbinin direktoru Adib Salmanov

44 günlük müharibənin başlandığı günü Adib Salmanov belə xatırlayır

Kətəlparaq məktəbinin direktoru Adib Salmanov cəbhə xəttinə yaxın olduqlarından müharibənin başlanmasının canlı şahidi olub. Pulemuyotların şaqqıltısını, Topların gurultusunu, artilleriyanın nəriltisini eşidəndə vəziyyətin kifayət qədər ciddi olduğunu anlayıb. Havadakı hərbi helikopterimizin vurulduğunu,necə tüstülüyə-tüstülüyə endiyini də görüb.

“ Yuxudan silah səslərinə oyandıq. Əvvəllərdə silahların gurultusunu eşidərdik. Ancaq fasilələrlə olardı. İndi isə bambaşqaydı.Anladıq ki, illərdən bəri gözlədiyimiz vətən müharibəsi başlayıb.Havada helikopterimizin vurulması, tüstülütə-tüstülüyə yerə düşməsi kino lenti kimi gözümün qabağındadır.İlkin olaraq şok,həyəcan içindəydik.Müzəffər ordumuzun qətiyyətli , düşmənə sarsıdıcı zərbələrini eşidəndə yeni bir hiss keçirməli olduq.Bu qəlbimizə dolan fərəh hissi idi.Ordumuzun məğlubedilməzliyinə inamımız bir az da artırdı.”-deyən Adib Salmanov o günləri belə xatırlayır.

Adib Salmanovun üzərinə düşən vəzifələrdən biri də atəş altından çıxıb, arxa cəbhəyə çəkilmiş soydaşlarımızın qeydinə qalmaq olmuşdu. Bərdənin əksər təhsil müəssisələri kimi Kətəlparaq məktəbi də köçkünlərimizə müvəqqəti yaşamaq üçün qucaq açmışdır.

Məktəb binasına sığınmış köçkün ailələrinə göstərilən qayğıdan danışan Adib Salmanov bildirir ki: “ Kətəlparaq məktəbinin binası üç mərtəbəli olduğundan düşmən mövqelərindən açıq müşahidə etmək mümkün idi.Buna baxmayaraq atəş altından çıxan insanlar məktəbdə məskunlaşmalı oldular.Atışma səsindən gecəni təlaşlanıb çox adam məktəbdən yerini dəyişməli oldu. Gecəni qalan adamlar soruşanda ki, niyə evinə getmirsən?.Cavabım belə olurdu: Sizi burda qoyub, necə gedim.İki günə məktəb köçkünlərlə doldu. Əlimizdən nə gəlirdi,etdik. Müəllimlərimiz kompotundan tutmuş,şorabasına qədər,  isti yeməklər hazırlayıb gətirir, isti geyimlərə, yatacağa ehtiyyac olurdusa verirdik.Bir neçə gündən sonra dövlətimiz bütün təminatı həyata keçirməyə başladı.Bir nəfər kimi hamıya qayğı göstərildi. Gündə üç dəfə isti yeməklə təmin olundular. Yuyucu vasitələr verildi”.

Adib Salmanov mərmilərin boşaldılması, maşınlara yüklənməsindən danışır. Bildirir ki, məktəb binasının qonşuluğunda yerləşən bələdiyyə binasıının ətrafı hündür ağaclarla əhatə olunduğundan, görünməzliyinə görə,  hərbi maşınları orada saxlayırmışlar. Mərmidolu maşınlar burada boşaldılır, başqalarına yüklənirmiş. İşin  çoxluğundan belə olan halda əsgərlərə kömək lazım olurmuş. Adib müəllim də kəndin cavanları ilə əl-ələ verib maşınlara mərmi yükləyirmiş.

44 günlük müharibənin fəlsəfəsini  yansıtan həmsöhbətimiz o günlərdə milli ruhun yüksəlməsini qeyd edir. “Müharibəyə qədər qisas hissi ilə yaşayan millətimiz, sanki, bu günü çoxdan gözləyirmiş. Uşağından tutmuş qocasına qədər hamı cəbhəyə can atırdı.Başda Ali Baş Komandan olmaqla ordumuzda sübut etdi ki, Azərbaycanın yüksək milli ruhu var. Eyni zamanda ordunun texniki təminatı, arsenalında müasir silahların olması, əsgərlərin yüksək hərbi hazırlığı bizi qələbəyə aparırdı.”-deyə Adib Salmanov bildirir.

Bordo Bərəli adlandırılan türk xüsusi təyinatlıları haqda danışan Adib müəllim sosial şəbəkələrdə gördüyü maraqlı bir faktı qeyd edir. Dünyada 4 dəfə xüsusi təyinatlıların yarışı keçirilib. Hər dəfə də Bordobərəlilər birinci olduğundan sonunda yarışı ləğv eləməli olublar. Bunu deyən Adib Salmanov hesab edir ki, Azərbaycan xüsusi təyinatlıları  bordobərəlilərdən heç də geri qalmır. Yaşma xüsusi təyinatlıları sözün həqiqi mənasında ermənilərin qorxulu röyasına çevrilib.

Adib Salmanov ordumuzun yüksək texniki təminatını,silah arsenalında ən müasir silahların olması, əsgərlərimizin yüksək hərbi hazırlığı, ən əsası da yaranmış ruh yüksəkliyini  möhtəşəm qələbəmizi təmin etdiyini deyir.Bütün bu imkanların yaradılmasını isə Ali Baş Komandan, Prezidentimizin fəaliyyəti ilə bağlı olduğunu bildirir.  

Musa Muradlı