Ərdoğanın köməkçisi: “Qafqaz İslam Ordusu və Nuru Paşanın xatirəsi Qarabağda bir daha yenidən var oldu”
“Qafqaz İslam Ordusu və Nuru Paşanın əziz xatirəsi yaşayır. O xatirə Qarabağda bir daha yenidən var oldu”.
Media1.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Ömər Çelik tviter hesabında yazıb.
Paylaşımda daha sonra deyilir: “Bakının azad olmasının ildönümündə bütün şəhid və qazilərimizi rəhmət və şükranla anırıq!”