Bərdənin Qarayusifli kənd sakinləri Qarabağ kanalından su verilməməsinə etiraz ediblər
Media1.az Turaz.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında bir qrup kənd sakini Yevlax-Ağcabədi magistral yolunun Qarayusifli kəndi yaxınlığından keçən hissəsini bağlayıb. Həvəskar çəkilişdən göründüyü kimi, onlar Qarabağ kanalının Qarayusifliyə gedən suayrıcının bağlanmasına etiraz ediblər.
Onu da qeyd edək ki, hazırda suvarmaya görə Qarayusifli kəndi ilə yanaşı rayonun Mustafaağalı , Qaradırnaq, Arabaçılar, Hüseynalılar, Hacılar kəndlərində də vəziyyət olduqca ağırdır. Pambıq altında olan minlərlə hektar əkin sahəsi susuzluqdan yanaraq, məhv olur.