22 İyun 2025

ABŞ-da edam cəzasına federal moratorium qoyulub

ABŞ-da edam cəzasına federal səviyyədə moratorium tətbiq olunub.

AZƏRTAC NBC News telekanalına istinadla xəbər verir ki, bu barədə qərarı ABŞ Ədliyyə Nazirliyi elan edib.

“Ədliyyə Nazirliyi federal mühakimə sistemində hər kəsin yalnız ABŞ Konstitusiyası və qanunları ilə zəmanət verilən hüquqlarla qorunmasını deyil, eyni zamanda, onlara qarşı ədalətli və humanist davranışı təmin etməlidir”, – deyə Birləşmiş Ştatların Baş prokuroru Merrik Harland bildirib.

O, həmçinin edam cəzası zamanı ölümcül inyeksiyanın istifadəsinə dair protokolun yenidən nəzərdən keçirilməsinə dair göstəriş verib və araşdırma zamanı Federal Həbsxanalar Bürosunun bu metoddan istifadəsini qadağan edib.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında ABŞ-ın həmin dövrdə fəaliyyət göstərən Baş prokuroru Uilyam Barr 2003-cü ildən bəri ilk dəfə ölümcül inyeksiya vasitəsilə edam cəzasını federal səviyyədə bərpa etmişdi. Beləliklə, 2020-ci ilin iyulundan 2021-ci ilin yanvarına qədər 13 məhkum federal səviyyədə edam olunmuşdu. Bu ilin may ayında isə Cənubi Karolinanın qubernatoru Henri Mak-Master ölüm cəzasına məhkum edilmiş şəxslərin edam olunmasına icazə verən qanun layihəsini imzalamışdı.