23 Dekabr 2024

Bərdə şəhər 3 saylı UMM-də dahi Nizami Gəncəvinin 880 illik yubleyi ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması və Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam edir.
Media1.az xəbər verir ki, bu münasibətlə Bərdə Regional Mədəniyyət idarəsi Bərdə səhər 3 nömrəli Usaq Musiqi Məktəbinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş “İsgəndərnamə” adlı ədəbi-musiqili tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər vurğulayıblar ki, cari ilin “Nizami Gəncəvi ili” elan edilməsi ölkə rəhbərliyi tərəfindən milli-mənəvi dəyərlərə göstərilən xüsusi diqqətin, azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.
Bildirilib ki, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın zəngin tarixini, o cümlədən mədəniyyətini dərindən öyrənməkdir.
Sonda Bərdə səhər 3 nömrəli Usaq Musiqi Məktəbinin şagirləri Nizami Gəncəvinin əsərlərinə yazılmış romanslar və muğamlardan ibarət “İsgəndərnamə” adlı ədəbi-musiqili kompozisiyalar ifa ediblər.