23 Dekabr 2024

Mingəçevir QHT-lərin Resurs və Təlim Mərkəzi ictimai iştirakçılıqla bağlı onlayn müzakirə keçirib

Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzi regionlarda “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun icrasının monitorinqi və təşviq edilməsi məqsədilə ictimai vəkillik kompaniyasının aparılması” adlı layıhə həyata keçirir.

Media1.az xəbər verir ki,iyunun 19-da Mingəçevir  Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin idarəçiliyi ilə   onlayn konfrans keçirilib. Onlayn konfransda  fokus qruplar şəklində olmaqla  Mingəçevir  şəhəri, Yevlax və Bərdə  rayonlarından (hər rayondan 3 nəfər olmaqla cəmi 9 nəfər) aktiv vətəndaşlar təmsil olunublar.

Konfransın gedişində ictimai iştirakçılıqla bağlı qrupların vətəndaşlar arasında apardığı  sorğuların nəticələri müzakirə olunub.

Ekspert Musa Muradlı informasiya, informasiyanın ötürülməsi, əldə olunması haqqında ətraflı məlumat verib.

Onlayn konfransın moderatoru Aytən xanım Əhmədova  qrup üzvlərinə İctimai vəkillik (advokasi), “İctimai İştirakçılıq Haqqında” Azərbaycan Respublikasının Qanunu, İctimai Şuralar və onların fəaliyyəti barədə ətraflı informasiya verib.

Qeyd olunubdu ki, fokus qruplardakı iştirakçılar növbəti mərhələdə “İctimai Vəkillik fəaliyyətləri”-ini yerinə yetirəcəklər.