21 İyun 2025

40 qadın məhkumun cəzası azaldılıb

“8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktı Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən 65 qadına şamil edilib”.

media1.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, həmin qadınlardan 40-nın cəzası 6 ay azaldılıb, 24-ü isə azadlığa buraxılıb. Amnistiya Aktı tətbiq edilən 1 qadın isə narkomaniyadan müalicəyə cəlb edilib.