08 Sentyabr 2024

368-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 368-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Media1.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 390 təyyarəsi, 210 helikopteri, 3236 PUA-sı, 405 zenit-raket kompleksi, 8027 tank və digər zirehli texnikası, 1045 reaktiv yaylım atəş sistemi, 4215 artilleriya və minaatanı, 8538 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.