300-ə qədər Azərbayan vətəndaşı Xarkovdan yola salınacaq – Fəxri konsul
“Bu gün 300-ə qədər Azərbayan vətəndaşı Xarkovdan Polşa sərhədinə yola salınacaq”.
Bunu “İki sahil”ə açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.
Konsul bildirib ki, qatar 1 saat ərzində yola düşəcək: “Vətəndaşlarımız qatarla Ukraynanın Lvov şəhərinə, oradan isə Polşa sərhədinə gedəcəklər. Vətəndaşlarımız sərhəddə qarşılanacaq”.