05 Fevral 2025

2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair videokonfrans keçirilib

Ombudsmanın Cəlilabad Regional Mərkəzi rayon Gənclər və İdman İdarəsi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Biləsuvar, Masallı və Yardımlı rayon Gənclər və İdman idarələri ilə birgə cari ilin “Şuşa İli” elan edilməsinə həsr olunmuş videokonfrans keçirib.

media1.az xəbər verir ki, videokonfransda həmin qurumların rəhbər və əməkdaşları, eləcə də gənclər iştirak ediblər.

Regional Mərkəzin rəhbəri Ziya İsmayılov tədbirdə çıxış edərək ötən il ölkəmizdə həyata keçirilən tədbirlərdən, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışıb.

Tədbirdə işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Şuşada dövlət səviyyəsində genişmiqyaslı quruculuq və bərpa işlərinin sürətlə həyata keçirildiyi bildirilib. Cari ildə Şuşa şəhərinin 270 illiyinin qeyd ediləcəyi vurğulanıb, Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Onlayn tədbirə qatılan qurumların rəhbərləri mövzu ilə bağlı çıxışlar ediblər.