22 İyun 2025

20 Yanvar şəhidlərinin xatirəsi Bərdədə yad edilib.FOTOLAR

Hər il olduğu kimi 20 Yanvar şəhidlərinin xatirəsi bu ildə Bərdə rayonunda qeyd edilib.

Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri , müəsisisə və təşkilatların nümayəndələri iştirak edib.

Media1.az xəbər verir ki,  Bərdə rayonunun “ Qəhrəmanlar parkında “ şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısına qərənfillər düzülüb.Sonra Bərdə Şəhidlər xiyabanı ziyarət olunub. Burada uyuyan I Qarabağ , Vətən müharibəsi  şəhidlərinin xatirəsi yad olunub. Şəhid məzarlarına qərənfillər qoyulub.Şəhidlərin ruhuna dualar oxunub.

Şəhidlər xiyabanından sonra tədbir Vətən müharibəsi vaxtı Bərdəyə ermənilərin raket hücumu zamanı şəhid olmuş mülki şəxslərin xatirəsinə yaradılmış lövhənin qarçısında başa çatıb.

Onu da qeyd edək ki, 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq nəqliyyatın hərəkəti dayandırılıb,  avtomobillərdən siqnallar verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Media1.az- Musa Muradlı