104 il əvvəl azərbaycanlılara qarşı törədilən 31 mart soyqrımı
Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən qırğınlara və terrora, soyqırımlara, etnik təmizləməyə məruz qalıb. Ermənilər elə vəhşiliklər törədiblər ki, bunun insan tərəfindən edilə biləcəyinə inanmaq belə çox çətindir.
“1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Sovet hakimiyyəti dövrundə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər qöstərilsə də,bu,mümkün olmadı və nəhayət,həqiqət anı yetişdi.
1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqiyasına görə təkcə Azərbaycan tarixində deyil,bəşər tarixində də ən qanlı faciələrdən biridir.Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq,qoca,qadın demədən minlərlə insanı qılıncdan,süngüdən keçirdilər,diri-diri yandırdılar.Milli memarlıq incilərini,məktəbləri,xəstəxanaları,məscid və digər abidələri dağıtdılar.Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil,Şamaxı,Quba qəzalarınnda,Qarabağada,Zəngəzurda,Naxçıvanda,Lənkəranda,Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi,şəhər və kəndlər yandırıldı,milli mədəniyyət abidələri kütləvu surətdə qətlə yetirildi,şəhər və kəndlər yandırıldı,milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Azərbaycan dövlət müstəqilliyinin bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı.. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.İndi uzun illər gizli saxlanılan,üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır.Ulu öndər Heydər Əliyevin”Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara,həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart
Azərbaycanlıların Soyqırımı Günü elan edildi.Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərazində parılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb,Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb.Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci il azərbaycanlılarır soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil,dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz ,diaspor təşkilatları,xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd oludu.Bu gündə erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılır.Azərbaycan xalqı və dövləti soyqırım qurbanlarının xatirəsini daim əziz tutur,bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibadət götürməyə çağırır.
Mahiyəddin MAZANOV
Yeni Azərbaycan Partiyası Goranboy Təşkilatının əməkdaşı