08 Sentyabr 2024

Bir qrup ictimai-siyasi fəal “Brand Of Azerbaijan Awards” mükafatına layiq görülüb.

A Media GROUP- un təşkilatçılğı ilə Hilton Hotelində təşkil olunan “Brand Of Azerbaijan Awards” mükafatlandırma mərasimi və konsert proqramı təşkil edilmişdir.

Media1.az xəbər verir ki, keçirilən mükafatlandırma mərasimində ictimaiyyət nümayəndələri, ictimai xadimlər, gənc iş adamları, mədəniyyət, təhsil, səhiyyə işçiləri və media rəhbərləri iştirak edib.

“Brand Of Azerbaijan Awards” mükafatına layiq görülənlər arasında ölkənin ictimai-siyasi, sosial həyatında xüsusi xidmətləri olan tanınmış ictimai xadim Anar Sarıyev də olub.

Media1.az