TƏCİLİ! Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub

İyulun 30-u günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimiz tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Media1.az