23 Dekabr 2024

Növbəti müharibəyə hazırlıq gedir – Türkiyəli politoloqdan Qarabağ açıqlaması

“Bunu açıq və qəti deyim ki, Ermənistan Qarabağ məsələsindən hələ də əl çəkməyib”

“Ermənistan xüsusilə Qarabağ mövzusunda Azərbaycanın zəfərini indiyə qədər həzm edə bilmədi və bunun üçün bütün variantlara cəhd etmək istəyir. Xüsusi ilə Rusiya ilə Azərbaycan və Ermənistan arasında qurulan masada, xəbədarsınız ki, Türkiyənin də iştirakı ilə bu atəşkəs məsələsini biraz daha fərqli müstəviyə daşımaq istəyir”.

Bunu Milli.Az-a açıqlamasında Orta Şərq, Avrasiya və Asiya-Sakit Okean Platforması rəhbəri Ali Semin deyib.

Ekspert bildirib ki, son təxribatlar da göstərir ki, Ermənistan Qarabağ məsələsindən hələ də əl çəkməyib:

“Qərbə meyilliyi ilə seçilən Nikol Paşinyan Ermənistan ictimaiyyəti arasında nüfuzunun düşməsinə görə 20 iyunda Ermənistanda nəzərdə tutulan parlament seçkilərinə görə son həmlələrini etmək istəyir. Paşinyanın Rusiyanı da çətin vəziyyətdə qoyacaq addımlar atmaq istədiyini düşünürəm. Xüsusən də sülh mövzusunda Ermənistanla Azərbaycan arasında bağlanan atəşkəs bəyanatından (10 noyabr) tamamilə imtina etmək istəməsə də zaman-zaman aradan çıxmaq istəyir. Çünkü Ermənistan illərdir bu mövzuda bu cür hərəkətləri yaxşı bacarır, həm də onlar artıq bu cür hərəkətlərə alışıblar. Yəni, atəşkəs sazişindən boyun qaçırmaq, bəyanata hörmətlə yanaşmamaq, atəşkəsi pozmaq onsuz da Ermənistanın qanında-canında var. Buna görə də Ermənistandan belə addımları gözləmək olar.

Bunu açıq və qəti deyim ki, Ermənistan Qarabağ məsələsindən hələ də əlçəkməyib. Çünkü Ermənistan üçün Qarabağ məğlubiyyəti fiaskoya bərabər hala gəldi. Buna görə də fikrimcə Ermənistan tez-tez atəşkəsi pozacaq və belə də davam edəcək.

Azərbaycanda beynəlxalq siyasətə, sülhməramlılarla bağlı razılaşmalara və beynəlxalq müqavilələrə dövlət ənənələri olduğu üçün sadiq bir ölkədir. Amma Ermənistanın dövlət ənənəsi olmadığı üçün belə hərəkətlərə yol verir və heç bir beynəlxalq hüquqa hörmət etmir. İndi Ermənistan10 noyabr bəyanatını pozaraq Azərbaycanı yenidən müharibəyə sövq etmək istəyir. Azərbaycan da beynəlxalq hüquqa, beynəlxalq müqavilələrə sadiq olduğu üçün bu təxribatlara tam olaraq qarşılıq verməyə bilər. Amma problem böyüyərsə, Azərbaycan necəki 26 il gözlədi, işğal altında olan torpaqlarını Minsk Qrupunun atəşkəs adı altında gözlədisə, bilməlidir ki, artıq Azərbaycan o illərdəki Azərbaycan deyil. Azərbaycan artıq bir bəlli gücə sahibdir və torpaqlarının böyük hissəsini işğaldan azad edib.

Azərbaycanın da səbri bir yerə qədərdir

Ermənistan tərəfindən atəşkəs tez-tez pozula bilər, atəş açıla bilər. Amma bunun sonu hara gedər? Azərbaycan 27 sentyabr 2020-ci ildə çox gözəl bir şəkildə, xüsusilə Paşinyan hökümətinin pozduğu atəşkəs təxribatlarına çox gözəl şəkildə cavab verdiyi kimi, yeni təxribatlara da cavab verəcəkdir. Amma diqqət edirsinizsə, Zəngilanda Azərbaycan əsgərlərinə açılan atəşlərə görə qarşı tərəf deyir ki, atəş açan şəxslər sərxoşdur. Sual yaranar ki, əgər siz sərhəddinizi sərxoş əsgərlə qoruyursunuzsa, demək bir dövlət deyilsiniz. Bu, Ermənistan üçün çox böyük bir prestij itkisi oldu və bunu da anlayırlar ki, hər kəs artıq Ermənistana güvənməyəcək. Amma bunu da unutmamaq lazımdır ki, Ermənistanın tez-tez “əsgərlərim sərxoşdur”, “bilmədən etdilər”, “yanlış oldu” deməyi ilə də Azərbaycan durub onları gözləməz. Ermənistan yenidən müharibə olmağını istəyir. Xüsusən, 20 iyun Parlament seçkilərinə getməmişdən qabaq Paşinyan onu dəstəkləyən Fransa və digər Qərb ölkələri ilə birlikdə yenidən müharibəyə zəmin yaratmaq istədiklərini düşünürəm. Azərbaycan isə buna yenə mütləq qəhrəmancasına qarşılıq verəcək. Amma təəssüf ki, burada bir Rusiya faktoru var və Azərbaycanın bir söz məsələsi var. Yəni, bu atəşkəs müqaviləsinə Azərbaycan beynəlxalq arenada dövlət ənənəsini göstərib, bu xırda-para atəşlərə böyük qüvvə ilə qarşılıq verməyəcək. Amma Azərbaycanın da səbrinin bir yerə qədər olduğunu Ermənistan biləcəkdir. Qarşımızdakı müddətdə böyük ehtimalla Azərbaycan bir, iki, üç atəşkəz pozuntusu olduqdan sonra Ermənistan tərəfinə xəbərdarlıq edəcək.

Bunu da demək lazımdır, Ermənistan əslində tez-tez Azərbaycanla Rusiyanı qarşı-qarşıya qoymaq istəyir. Çünkü ikisi də 10 noyabr bəyanatının aktiv tərəfləridirlər. Bu səbəbdən belə təxribatlar Azərbaycanı Rusiya ilə də qarşı-qarşıya qoyub, bu yolla müharibəyə Rusiyanı da qoşub Azərbaycanla münaqişəyə girmək istəyir. Amma həm Rusiya, həm də Azərbaycan bunun fərqindədirlər”.