10 Yanvar 2025

“Ermənilər tezliklə Cəbrayılın, Füzulinin və Zəngilanın mina xəritələrini Azərbaycana təhvil verəcək“

Ermənistan bölgədə davamlı sabitliyin yaranmasına maraqlıdırsa, siyasi intriqalardan əl çəkib real addımlar atmalıdır

“Ermənilər tezliklə Cəbrayılın, Füzulinin və Zəngilanın minalanmış ərazilərinin xəritələrini Azərbaycana təhvil verəcək. Ermənistanın yeni seçilmiş Baş naziri sülh tərəfdarı olduğunu sübut etməlidir. Siyasi demoqogiya ilə məşğul olmağın vaxtı deyil”.

Media1.az xəbər verir ki, bu sözləri tanınmış politoloq Qabil Hüseynli yerli mediaya açıqlamasında deyib. Qabil Hüseynli bildirib ki, süni bəhanələrlə prosesi uzatmağa ehtiyac yoxdur:

“Sərhədlər tezliklə müəyyənləşdirilməlidir. Sərhəddə bir santimetrin söhbətini etməyin yeri yoxdur. Ermənistan bölgədə davamlı sabitliyin yaranmasına maraqlıdırsa, siyasi intriqalardan əl çəkib real addımlar atmalıdır”.