Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanların xatirəsini yad edib

Məlum olduğu kimi, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və xəsarət alıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi dekabrın 28-də Heydər Əliyev Beynəlxalq Hava Limanına gedərək qəzada həlak olanların xatirəsini yad edib. Hava limanında yaradılmış xatirə guşəsinin önünə nazirliyin adından əklil qoyulub.

