Əfqanıstan “Taliban”ın nəzarətinə keçdi: müvəqqəti hökumət qurulub
Prezident Əşrəf Qaninin öz səlahiyyətlərindən imtina etməsi, istefaya getməsi gözlənilir
“Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisini nəzarəti altına aldığını elan edib. Media1.az xarici mediaya istinadən bildirir ki, hakimiyyətin dinc yolla təhvil verilməsi üçün müvəqqəti hökumət qurulub.
Keçici hökumətə ölkənin keçmiş DİN rəhbəri Əli Əhməd Cəlali başçılıq edir.
Yaxın saatlarda Əfqanıstan Prezidenti Əşrəf Qaninin öz səlahiyyətlərindən imtina etməsi, istefaya getməsi gözlənilir.