11 Yanvar 2025

Cozef Bayden Əfqanıstandakı vəziyyətlə bağlı çıxış edəcək

ABŞ Prezidenti Cozef Bayden yaxın saatlarda Ağ Evdə Əfqanıstandakı vəziyyətlə bağlı açıqlama verəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılmış məlumatda deyilir.

Dövlət başçısının Əfqanıstandakı vəziyyətlə əlaqədar həmvətənlərinə edəcəyi müraciət əvvəlcədən onun iş qrafikində planlaşdırılmayıb.