23 Noyabr 2024

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasında Ağsaqqallar Şurası fəal iştirak edibFOTO

Fevralın 4-də Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası iclas keçirib. İclasda Qayıdış Konsepsiyasının həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevin tövsiyəsinə uyğun olaraq sülhpərvər Qayıdış Konsepsiyasının hazırlandığını qeyd edərək, bu vacib sənədin hazırlanması və icrasında Ağsaqqallar Şurasının fəal iştirakının əhəmiyyətini vurğulayıb.

İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın Müşahidə Şurası tərəfindən bu il yanvarın 26-da təsdiq edilmiş Qayıdış Konsepsiyasının məzmunu, onun yerinə yetirilməsi üçün hazırda həyata keçirilən və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verib.

İclasda çıxış edən Professor V.Şadlinski, akademik A.Məhərrəmov, professor Ə.Ələkbərov, professor F.Ağamalı, professor İ.Əliyev, professor Ə.Quliyev, professor A.Bayramov və digərləri Qərbi Azərbaycana qayıdışa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür ediblər.

Toplantı iştirakçıları beynəlxalq hüquqa əsaslanan, sülhpərvər xarakterli Qayıdış Konsepsiyasını təqdir edib, onun icrası üçün səylərini əsirgəməyəcəklərini bildirib, bu prosesə dair təkliflərini səsləndiriblər.