08 Sentyabr 2024

Qarabağda məhv edilən daha bir erməninin adı açıqlandı – foto

Ermənistanın Qarabağ döyüşllərində itirdiyi hərbçilərdən birinin də adı açıqlanıb.

Media1.az Musavat.com-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb. Xəbərə görə, həmin şəxs “Amulsar aktivistləri”ndən biri olan Qarik Arutyunyandır. Dostlarının bununla bağlı yaydığı məlumata görə, DNK analizi nəticəsində onun şəxsiyyəti müəyyən olunub.

Qeyd edək ki, son illər ərzində Amulsar qızıl yatağında aparılan işlərlə əlaqədar hökumətə qarşı davamlı etiraz aksiyaları keçirilirdi.

Amulsar yatağı Ermənistanın cənub-şərqində, Cermuk şəhərindən 13 kilometr məsafədə, Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Yatağın istismarının ekoloji fəlakət yaratması davamlı etirazlara səbəb olmuşdu.