04 Oktyabr 2024

Ədliyyə Nazirliyindən Rasim Balayevlə bağlı QƏRAR

Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.

Musavat.com xəbər verir ki, bu barədə AKİ-dən bildirilib.

Qeyd edək ki, 5 mart 2024-cü il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birgə keçirilmiş konfransında Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.