Ukrayna rəsmən təsdiqlədi- F-16 vurulub, pilot ölüb- RƏSMİ
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı F-16 təyyarəsinin qəzaya uğradığını və pilotun öldüyünü rəsmən təsdiqləyib.
Musavat.com xarici mediaya istinadən bildirir ki, bunun Rusiya qüvvələrinin raket hücumunu dəf edərkən baş verdiyi bildirilir.
CNN-in məlumatına görə, Ukraynada qəzaya uğrayan F-16 təyyarəsini ABŞ-da təlim keçən pilot Aleksey Mes idarə edib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin Mesin ölümü ilə bağlı mesajında bu barədə heç bir məlumat verilməyib.