08 Sentyabr 2024

Peskov: Türkiyənin Krımla bağlı mövqeyi Moskva və Ankaranın münasibətlərinə mane olmur

“Türkiyənin Krımla bağlı mövqeyi Moskva və Ankaranın qarşılıqlı əlaqəsinə mane olmur”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılması ilə bağlı sözlərinə bu sözlərlə reaksiya göstərib.

“Ankaranın əvvəldən bu barədə bizimlə fikir ayrılığı olub. Amma Krım Rusiya Federasiyasının bir hissəsidir, ona görə də Ərdoğanın bu iddiasının reallaşması mümkün deyil. Buna baxmayaraq, bu, bizim üçün faydalı olan nöqtələrdə Türkiyə Respublikası ilə qarşılıqlı münasibətlərimizə mane olmur. Biz Türkiyə Respublikasının taxıl məsələsində olduğu kimi çətin vəziyyətləri aradan qaldırmaq səylərini yüksək qiymətləndiririk”, – deyə Peskov bildirib.