08 Sentyabr 2024

Laçından gediş-gəlişlərinə şərait yaratdığımıza görə Ermənistandan rəsmi “təşəkkür” də gəldi…

“Azərbaycan Laçın dəhlizi ilə Dağlıq Qarabağa humanitar yardımın çatdırılmasına mane olur”. 

Media1.az Moderator.az-a istinadən   xəbər verir ki,  erməni saytlarının yaydığı məlumata görə, bunu insan haqları(?) üzrə Ermənistan-AB Dialoqunun onlayn keçirilmiş 11-ci iclasında qəsbkar ölkənin  Xarici İşlər nazirinin müavini Avet Adonts söyləyib.

 İclasa aidiyyəti qurumların nümayəndələri və Ermənistanın üzdəniraq ombudsmanı Arman Tatoyanla yanaşı, AB-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Eymon Gilmor də qatılıb. 

P.S. Bu, Ermənistan hökumətinin  5 aya yaxındır nəinki Laçın dəhlizini, eyni zamanda işğalçı ölkə ilə sərhəd-keçid məntəqəsini də Rusiyanın nəzarətinə verməklə ermənilərin  Qarabağa faktiki olaraq maneəsiz gediş-gəlişinə şərait yaratmağımıza görə özünəməxsus təşəkkürüdür…