20 Sentyabr 2024

Hindistanda “ikiqat mutasiyaya uğramış” koronavirus aşkar edildi

Hindistanda “ikiqat mutasiyaya uğramış” koronavirus aşkar edilib.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, belə bir məlumat  xarici KİV-lərdə yayılıb. Bu barədə ölkənin tanınmış viroloqu Şahid Jamil xəbər verib. Onun sözlərinə görə “ikiqat mutasiya” eyni virusda iki mutasiyanın ortaya çıxması deməkdir.

Hindistan Səhiyyə Nazirliyi də bu barədə məlumat yayaraq, bildirib ki, “ikiqat mutasiyaya uğramış” virus immuniteti daha da aşağı sala və daha sürətli yoluxdurma qabiliyyətinə malik ola bilər.

Bu günə qədər Hindistanın 18 əyalətdə 771 fərqli mutasiyalı koronavirus aşkar edilib. Virusa yoluxan 10 787 nəfərin 736-da İngiltərə, 34-də Cənubi Afrikada və bir nəfərdə Braziliya ştammı tapılıb.

Ümumilikdə isə, Hindistanda 11,7 milyondan çox yoluxma, 160 mindən çox isə ölüm faktı qeydə alınıb.