24 Dekabr 2024

Flora Kərimova Röya Ayxana barışıq addımı atdı

Xalq artisti Flora Kərimova illərdir küsülü olduğu Röya Ayxana qarşı barışıq addımı atıb.

Media1.az Musavat.com-a istinadən  xəbər verir ki, müğənni “ATV maqazin onlarla” proqramında onunla duet oxuyub-oxumayacağı haqda suala gözlənilməz cavab verib:

“Niyə olmasın? Ürəyi, səsi, şirinliyi, şıltaqlığı, zarafatı var. Niyə duet oxumayaq?”.

Qeyd edək ki, F.Kərimova ilə R.Ayxan arasında qalmaqal məhkəməyə qədər gedib çıxmışdı. Kərimova Röyanın səs diapazonunun kiçik olduğunu söyləmişdi. Ondan sonra tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirmişdilər.

Bir müddət əvvəl isə Kərimova Röyanın ünvanına “Röyanın ürəyi var. Bilirsiniz o mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallamaq istəyirsən. Onları xatırladır. Mən heç̧ nəyi unutmuram. Qisas alanam. Ancaq elə insanlar var ki, onlara qıymıram”,- sözlərini söyləyib.