20 Aprel 2024

Xurma yasda məni öpdü, koronavirusa yoluxdum” – Nahidə

Əməkdar artist Nahidə Orucova “Bizimləsən” proqramında qonaq olub.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, o, koronavirus infeksiyasından sağaldığını deyib. Aktrisa bildirib ki, virusa əməkdar artist Firuzə İbadovanın anasının yasında yoluxub:
“Orta ağır keçirdim. Evdə mülaicə alırdım, qəfildən pisləşdim. Boğulma, öskürək oldu. Firuzə İbadovanın anasının yasına getdim, nə edim, çörək kəsmişik. Orada bir musiqiçi qadın koronovirus idi – qarmon ifaçısı Xurma. Hamını yoluxdurdu. Özü indi rəhmətə gedib. Yasdan iki-üç gün sonra virusun simptomlarını hiss etdim. O qadın mənə yaxınlaşdı, öpdü, foto çəkdirdi. Xəstəlikdən bir həftə sonra dünyasını dəyişdi”.