08 Sentyabr 2024

Ərdoğan öz maaşını artırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maaşını artıracaq.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı təklif Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Bildirilib ki, Türkiyə Prezidenti maaşını təxminən 14%, və yaxud 12 min lirə (təxminən 1 300 ABŞ dolları) artırmağa qərar verib.

Parlament təklifi təsdiq etsə, Türkiyənin dövlət başçısı bundan sonra ayda 100 min lirə (təxminən 10 750 dollar) maaş alacaq.

Media1.az