20 Sentyabr 2024

Bayden ikinci dəfə prezident olmaq istəyir

Co Bayden: “İkinci müddətə namizəd olmağı planlaşdırıram”

Amerika lideri Co Bayden 2024-cü ildə yenidən ABŞ prezidenti seçilmək üçün mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.

Media1.az-ın məlumatına görə, bunu Bayden keçirdiyi mətbuat konfransında deyib.

“Mənim cavabım – bəli. İkinci müddətə namizəd olmağı planlaşdırıram”, – deyə Amerika lideri bildirib.

Bununla yanaşı, Bayden 2024-cü ildə yenidən Vitse-prezident Kamala Harrislə birlikdə seçki kampaniyasında iştirak etməyi planlaşdırır.