08 Sentyabr 2024

Atatürkün Ankaraya gəlişinin 103-cü ildönümü qeyd olunub

Mustafa Kamal Atatürkün Ankaraya gəlişinin 103-cü ildönümü şəhərdə keçirilən müxtəlif tədbirlərlə qeyd olunub.

AzNews.az xəbər verir ki, Ankara valisi Vasip Şahin bu münasibətlə Anıtkabiri ziyarət edib.

Vali Şahin və onu müşayiət edənlər Aslanlı Yol ilə addımlayıb, Atatürkün məqbərəsi önünə əklil qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. V. Şahin Anıtkabir özəl dəftərini imzalayıb.