Zelenski cəbhə xəttinə getdi
Ukrayna prezidenti Vladimir Zelenski Sumı vilayətində cəbhə xəttinə gedib və bəzi əsgərlərə medallar təqdim edib.
Media1.az Publika.az istinadən xəbər verir ki, bununla bağlı Ukrayna prezidentinin mətbuat xidmətindən açıqlama verilib.
Bildirilib ki, Ukrayna prezidenti Zelenski Sumı vilayətinə səfəri zamanı 117-ci Regional Müdafiə Briqadasına baş çəkib. Zelenskiyə üç xətt üzrə müdafiənin təşkili barədə məlumat verilib. Hazırkı silah və texnika ehtiyacları müzakirə edilib.
“Dövlət başçısı briqadanın komanda mərkəzinə, xüsusilə də yardımçı qüvvələr şöbəsinə, hava hücumundan müdafiə idarəsinə və qərar qəbuletmə mərkəzinə də baxıb. Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin və Milli Qvardiyanın əsgərlərini mükafatlandırıb”, – məlumatda deyilir.