23 Dekabr 2024

Vilayət Quliyevə mükafat verildi

Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev mükafata layiq görülüb.

Musavat.com xəbər verir ki, bu barədə diplomat şəxsi sosial media hesabında məlumat verib.
Keçmiş xarici işlər naziri, hazırda Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev “Şirməmməd Hüseynov mükafatı”nın 2022-ci il üzrə qalibi elan olunub.

Qeyd edək ki, 2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı”nın qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olub.

Nigar Həsənli