Ukraynalıların 80 faizindən çoxu NATO-ya üzv olmağı dəstəkləyir
Ukraynalıların 80 faizindən çoxu ölkəsinin Avropa İttifaqı və NATO-ya qoşulmağını dəstəkləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələrində qeyd olunur.
Sorğunun nəticələrinə görə, respondentlərin 86 faizi referendum keçiriləcəyi təqdirdə Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyəcək (əleyhinə – 3 faiz, səs verməyəcək – 7 faiz). Bütün makroregionların və yaş qruplarının nümayəndələri arasında Aİ-yə daxil olmağa dəstək yekdildir.
NATO-ya qoşulmağa dəstək müşahidələr tarixində ən yüksək göstəricidir: referendumda bu təşəbbüsü 83 faiz dəstəkləyəcək, əleyhinə – 4 faiz, 9 faiz səs verməyəcək.