29 Mart 2024

Kadırovun üç oğlu tezliklə müharibəyə yollanacaq – VİDEO

Çeçenistan Prezidenti Ramzan Kadırovun üç oğlu tezliklə müharibə zonasına yollanacaq.

Kadırov qeyd edib ki, Axmat, Eli və Adam müvafiq olaraq 16, 15 və 14 yaşındadırlar. Onların hərbi hazırlığı isə demək olar ki, kiçik yaşlarından başlayıb.

“Onlara müxtəlif silahlarla necə davranmaq, istənilən məsafədən necə atış etmək, nəzəri əsaslar və s. öyrədilir. Mən həmişə hesab etmişəm ki, hər bir atanın əsas məqsədi oğullarına Allah xofunu aşılamaq, ailəni, xalqı, Vətəni qorumağı öyrətməkdir. Sülh istəyirsənsə, müharibəyə hazırlaş!

Axmat, Eli və Adam öz bacarıqlarını döyüş zonasında istifadə etməyə hazırdırlar. Mən zarafat etmirəm. Əsl mübarizədə özlərini göstərmək vaxtıdır və bu, onların istəyidir, mən ancaq alqışlayıram. Tezliklə onlar cəbhə xəttinə gedəcək və təmas xəttinin ən çətin hissələrində olacaqlar”, – deyə o bildirib.https://player.baku.tv/embed/62116

Mənbə: “Kadyrov_95 “Telegram”