19 Aprel 2025

Rusiya ötən gecə Ukraynaya 3 raket və 145 pilotsuz aparatla hücum edib

Martın 8-nə keçən gecə Rusiya iki “İsgəndər-M/KN-23” ballistik raketi, bir “İsgəndər-K” qanadlı raketi, “Şahed” tipli 145 zərbə PUA-sı ilə Ukraynaya hava hücumu həyata keçirib.

Media1.az-ın Pravda UA- ya istinadən əldə etdiyi məlumata görə, Zərbə PUA-larından 79-u vurulub, 54 PUA isə kokatorlardan itib. Həmçinin, hava hücumundan müdafiə qüvvələri üç raketdən birini – İskəndər-K-nı vurub.

Xarkov, Poltava, Sumı, Çerniqov, Çerkassı, Kiyev, Kirovoqrad, Dnepropetrovsk, Zaporojya, Donetsk, Nikolayev və Odessa vilayətlərinin hava hücumuna məruz qalma faktı təsdiqlənib.

Rusiyanın hava hücumu nəticəsində Donetsk, Poltava, Xarkov, Sumı və Odessa vilayətləri zərər çəkib.

Mənbə: Ukrayna Hərbi Hava Qüvvələri