22 Dekabr 2024

Siyasi uzaqgörənliyin gətirdiyi uğur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 sentyabr 2022-ci ildə “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qütrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində Heydər Əliyevin şəxsiyyəti bağlı olduğu mütləq həqiqətdir. Heydər Əliyev bu ideyanı nəhəng fəaliyyəti ilə gerçəkliyə çevirdi. Dünyada az saylı şəxsiyyətlər,  yaratdığı ideyanın gercəkləşməsini sağlığında təmin etmişdir.

Heydər Əliyev 1969-cu ildə respublika rəhbəri seçiləndən sonra, respublikamız SSR İttifaqının qabaqcıl respublikaları sırasında öz layiqli yerini tapdı.Həmin illərdə sosial-iqtisadi yüksəlişlə yanaşı, milli-mənəvi dəyərlərin qorunub saxlanılması üçün  sanballı işlər görüldü. Həmin illərdə SSRİ-nin qabaqcıl ali məktəblərində azərbaycanlı tələbələrin təhsil alması, Cəmşid Naxçıvanski adına hərbi məktəbin təşkili ilə ölkənin ali hərbi məktəblərində azərbaycanlıların təhsilinin təşkilinə şərait yaratmaqla yeni nəsl hərbi kadrların hazırlanmasının təmin edilməsi sahəsində mühüm əhəmiyyətli tədbirlər görülmüşdür.SSR İttifaqının rəhbərlərindən biri kimi, Heydər Əliyev, ölkənin inkişafına böyük töhfələr vermişdir.

Müstəqilliyin ilk illərində Azərbaycanın idarə olunmasında buraxılmış ciddi nöqsanlar, ölkəni idarəolunmaz vəziyyətə salmaqla, torpaqlarımızın işğalına, bir milyondan çox məcburi köçkün və qaçqınların məşəqqətli həyata məhkum olunmasına, insanlarda hətta, həyat eşqinin çətin duruma düşməsinə səbəb olmuş, ölkə vətəndaş müharibəsi həddinə gətirilmişdir.1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev təkrar hakimiyyətə dəvət olundu və yalnız bundan sonra, ölkədə vətəndaş müharibəsinin,  separatizmin,  ölkənin inkişafına mane olan xarici güclərin təhriki ilə daxildəki xain qüvvələrin vasitəsi ilə dövlət çevrilişlərinin qarşısı Heydər Əliyevin dühası və qətiyyəti ilə qarşısı ilə alındı.Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı, özəlləşmə gerçəkləşdirildi, yeni konstitusiya qəbul olundu.Aqrar islahatların aparılması nəticəsində kənd sakinləri torpaq sahibləri oldu, əhalinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində proqramlar hazırlanıb icra edildi. Torpaqlarımızın işğaldan azd olunmasının vacibliyi hər gün diqqətdə saxlanıldı. İqtisadi inkişafın başlıca məqsədinin  ordu quruculuğunun, beynəlxal siyasətimizin əsas hədəfinin Azərbaycanın ərazi bütövlüyinün təmin edilməsinə istiqamətlənməsi əsas vəzifə kimi müəyyənləşdirildi və bu hədəf bir an da diqqətdən kənarda qalmadı.

Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi,  siyasi uzaqgörənliyi 44 günlük Vətən müharibəsi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin  sərkərdəliyi ilə Zəfərə aparan yolun əsas qüvvəsi  oldu.

Fəridə Musayeva – YAP Ağstafa rayon təşkilatının fəalı