23 Dekabr 2024

Şarl Mişel Azərbaycan və Ermənistan liderlərini Brüsselə dəvət edib

Bu ay Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.

APA xəbər verir ki, bu barədə Qranadada keçirilən 3-cü Avropa Siyasi Sammitində iştirak edən Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib. O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.

“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, – Mişel bildirib.