22 Dekabr 2024

Samirənin “Eurovision”da oxuması üçün 6 mahnı seçildi

Ölkəmizi “Eurovision-2021”də təmsil edəcək Samirə Əfəndinin oxuyacağı mahnı üçün seçim davam edir.

Media1.az xəbər verir ki, “INFE Azərbaycan” seçilən 6 mahnının adını açıqlayıb. Bildirilib ki, Samirə beynəlxalq yarışmada “Mata Hari”, “Ratata”, “When I’m gone”, “Manifesto”, “Breathing you”, “Owe you pretty” mahnılarından birini oxuyacaq.

Mahnılar arasında “When I’m gone” və “Breathing you” ballada stilindədir. Digər dördü isə uptempodur. Bu mahnılardan birinin müəllifi ötən il Əfəndinin “Eurovision” üçün ifa etdiyi “Cleopatra” mahnısının müəllifidir.

Sona qalan 6 mahnı Əfəndinin ifasında “Focus Group”a təqdim olunub. Mahnı adları seçimdən sonra komanda tərəfindən dəyişdirilə bilər.

Qeyd edək ki, “Eurovision 2021” mayın 18-dən 22-nə kimi Hollandiyanın Rotterdam şəhərində keçiriləcək.

Könül
Musavat.com