Rusiyalı hakerlər Britaniyanın poçt xidmətini çökdürüb
Rusiyanın “Lockbit” haker qrupu Britaniyanın “Royal Mail” poçt xidmətinin serverlərini sındıraraq onun yanvarın 12-də bütün beynəlxalq poçt göndərişlərini dayandırmasına səbəb olub.
Bu barədə APA “The Telegraph” qəzetinə istinadən xəbər verir. Fövqəladə vəziyyət nəticəsində yarım milyondan çox bağlama və məktub qeyri-müəyyən vəziyyətdə qalıb və poçt şirkəti vətəndaşları müvəqqəti olaraq xarici göndərişlərdən imtina etməyə çağırıb.
Kiberhücumun nəticələri Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən aradan qaldırılır. “Royal Mail” hücumun daxili poçt əməliyyatlarına təsir göstərmədiyini bildirərək şərh verməkdən imtina edib.