27 Dekabr 2024

Rusiyadan Ukrayna ilə bağlı VACİB AÇIQLAMA – Bu, qaçılmazdır

Bir ili geridə qoyan Rusiya-Ukrayna müharibəsi davam edir.

Media1.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında münasibətlərin gələcəkdə necə olacağını açıqlayıb.

“Rusiyaya qarşı bütün nifrət dolu təbliğatlara və Ukrayna xalqının bu təbliğata aldanmasına baxmayaraq, ölkədə hələ də ikitərəfli münasibətlərimizin gələcəyi bəzi fikirlər və yanaşmalar var. Bu qaçılmazdır, çünki biz qonşuyuq” – o deyib.

Peskov Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentdə təsdiqlənməsinə qarşı başlayan etirazlar aksiyasına toxunub: “Kimlərsə bu hadisəyə anti-Rusiya ünsürləri daxil etməyə çalışır. Gürcüstan prezidentinin xalqına hardan müraciət etdiyini görürük. Amerikadan müraciət edir. Bu, təxribatlara səbəb ola bilər. Biz vəziyyəti çox diqqətlə və böyük narahatlıqla izləyirik”.

Qeyd edək ki, Gürcüstanda nümayişlərə səbəb olan “Xarici agentlər haqqında” qanun layihəsi etirazlardan sonra geri götürülüb.