21 Dekabr 2024

Rusiyada “hamının qapısı döyülür”: Valeri Meladzenin konsertləri ləğv edilib

Sibirin üç şəhərində – Novosibirsk, Barnaul və Kemerovoda müğənni Valeri Meladzenin yaz konsertləri ləğv edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Barnauldakı konsertlərin təşkilatçıları Meladzenin “qadağan olunmuş sənətkar” olduğunu bildiriblər. Meladzenin konkret kim tərəfindən və nə üçün qadağan edildiyi açıqlanmır.
Sibirdə konsertlər aprelin sonunda keçirilməli idi. Bilet satışı artıq dayandırılıb.

Valeri Meladzenin problemləri Dubaydakı Yeni il çıxışından sonra başlayıb. Orada tamaşaçılardan biri “Yaşasın Ukrayna!” deyə qışqırıb. Meladze mikrofonu kənara çəkərək “Yaşasın qəhrəmanlar” deyə cavab verib. Həmin anın çəkilişi sosial şəbəkələrdə yayılıb. O, mikrofonda tamaşaçılardan siyasətdən uzaq durmağı xahiş edib.

Meladze İnstaqram səhifəsində istənilən müharibənin əleyhinə olduğunu açıqlayıb. Gürcü əsilli müğənni heç kimin xoşuna gəlməyə çalışmadığını bildirib. Onun sözlərinə görə, on aydır ki, “iki sevimli xalqı insanların həlak olduğu münaqişəiçərisindədir” və o bunu “ağrı və kədər hissi ilə” yaşayır.

Rusiyanın Ukraynaya təcavüzünün başladığı gün, 2022-ci il fevralın 24-də Valeri Meladze videomüraciət yazaraq, hərbi əməliyyatları dayandırmağa və danışıqlar masası arxasında görüş keçirməyə çağırıb. “İnsanlar danışıqlar aparmağı bacarmalıdır, bunun üçün bizə dil verilib, bunun üçün bizə bütün qabiliyyət verilib. İnsanlar ölməməlidir. Buna son qoymaq lazımdır”, – deyə Meladze bildirib.

Bundan əvvəl “Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının lideri Sergey Mironov Meladzeni Rusiyada bütün titullarından məhrum etməyə çağırıb: “O, iki stulda oturub, hər tərəfdən “qapmağa” çalışır. Artıq qərar vermək vaxtıdır. Baxmayaraq ki, , davranışına görə, bu “sənətçi” bir tərəf seçdi.

Tarixi İrs Fondunun rəhbəri Aleksandr Karabanov Meladzenin xarici agent kimi tanınmasını təklif edib.

Senator Yelena Afanasyeva müğənninin hərəkətini xəyanət adlandırıb. “Bunun üçün Meladze titullardan yox, Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilməlidir”, – deyə, Afanasyeva bildirib.

Valeri Meladze Rusiyanın əməkdar artisti və Çeçenistan Respublikasının xalq artistidir. 2005-ci ildə o, həm də Ukraynanın Müstəqillik Günü ilə əlaqədar “Krım Muxtar Respublikasının əməkdar artisti” adını alıb. Qardaşı, bəstəkar Konstantin Meladze Ukraynanın əməkdar incəsənət xadimidir.

Rusiyada müharibə başlayandan sonra mütəmadi olaraq işğala dəstək verməyən sənətçilərin iştirakı ilə konsertlər və tamaşalar ləğv edilir. 2022-ci il iyulun 7-də “Fontanka” nəşri Rusiyada arzuolunmaz hesab olunan musiqiçilərinin siyahısını dərc edib. Onların arasında “DDT”, “Kasta”, “Bi-2”, “Nogu Svelo”, “Anacondaz”, “IC3PEAK”, “Krovostok”, “Little Big” qrupları, müğənnilər Zemfira, Monetochka, Qreçka, Manija, Louna, Dora, reperlər Oxxxymiron, Face, Morgenstern , Liqalayz və digər ifaçılar var. Onların bir çoxu Rusiyanı tərk edib, bəziləri Ədliyyə Nazirliyi tərəfindən xarici agent elan edilib.