19 Aprel 2024

Dilarə həyat yoldaşının vəfatından sonra ilk dəfə efirə çıxdı – FOTOLAR

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb. 

Musavat.com xəbər verir ki, aktrisa bir müddətdir fasilə verilən “Söhbət var” verilişinin çəkilişinə başlayıb. 

Proqramın növbəti buraxılışı Oqtay Əliyevə həsr olunub. Çəkilişdən fotoları müğənni Elvin Abdullayev paylaşıb.