12 Mart 2025

Rusiya tərəfi azərbaycanlı əsiri geri qaytardı

Ötən gün Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi həyata keçirildi.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Moskvanın qaytardığı əsrlər arasında azərbaycanlı da olub.

Əsirlər barədə məlumatların dərc edildiyi siyahıda əslən azərbaycanlı olan 23 yaşlı Rüstəm Arif oğlu Babayev də yer alır.