23 Dekabr 2024

Rühəngiz Allahverdiyevadan şəxsi həyatı ilə bağlı maraqlı açıqlama

Əməkdar artist Rühəngiz Allahverdiyeva “Həmin Zaur” verilişində qonaq olub.

Musavat.com xəbər verir ki, şəxsi həyatından danışan müğənni “Sənətlə ailə həyatı bir gedir? Sizin həyat yoldaşınız istəməyib müğənni olasınız” sözlərinə belə cavab verib:

“Hansı kişi istəyir? Kim istəyər ki, xanımı evə gecə 12-də gəlsin? Anlayışlı, sənəti anlayan kişi başa düşər. Bəzən olar ki, müğənnidən xoşu gələr, sənətini sevər, evlənər. Onda qəbul edirlər. Amma heç evlənməsən yaxşıdır.

Ailə gözəldir, amma evdə oturub, mətbəxdə işini görəsən. Səhnədə oxuyursan, kiminsə xoşu gəlir. Bunu hansı kişi götürər? Evimizdə dava olmayıb, amma həyat yoldaşım kiminləsə şəkil çəkdirməyə qoymayıb. Bir dəfə 10 yaşında uşaqla şəkil çəkdirdim, dalaşdı. Deyir, o da böyüyüb kişi olacaq”.