Qazaxıstanda deputat Rusiyanın işğalına dəstək verdiyi üçün partiyadan xaric edilib
Qazaxıstanın “Ak Jol” (İşıqlı Yol) Partiyası Rusiyanın Ukraynadakı işğalına dəstək verdiyinə görə partiyanın sədr müavini, parlamentin (aşağı palata) deputatı Əzəmət Abildayevi partiyadan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Abildaev mediaya müsahibəsində Rusiya rəhbərliyinin Ukraynada “xüsusi hərbi əməliyyat” (işğalçı savaş-red.) keçirməsi ilə bağlı hərəkətlərini dəstəkləyib və Ukrayna rejimini nasist adlandırıb.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, Abıldayevin cümə axşamı səsləndirdiyi fikirlərə “Ak Yol” milli şurasının plenumunun iclasında baxılıb və onlara “siyasi qiymət” verilib.
“Abildayevin sözləri “Ak Yol” partiyasının mövqeyi ilə ziddiyyət təşkil edir, həm partiya, həm də parlament etikasını pozur… “Ak Yol” partiyası respublikamızın və digər dost dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə həmişə hörmətlə yanaşacaq və dəstəkləyəcək”, -deyə hesabatda bildirilir.
Bununla bağlı iclasda Abıldayevin “Ak Yol” partiyasından çıxarılması, həmçinin onun deputat mandatının dayandırılması ilə bağlı Mərkəzi Seçki Komissiyasına məktub göndərilməsi qərara alınıb.